AKP MİK sədrinin müavinləri haqqında

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

AKP MİK sədrinin müavinləri haqqında

Yeni mövzu  Redaktor Bir B. Yan. 04, 2009 1:20 am

24 fevral 2008-ci il tarixdə keçirilən Azərbaycan KP-nın XXXVIII (V) fövqəladə qurultayı Xəlilov Ələsgər Məmməd oğlunu Azərbaycan KP Mərkəzi İcraiyyə Komitəsinin sədri seçmişdir.

Ələsgər Məmməd oğlu Xəlilov 1952-ci ilin may ayında Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.
1970-ci ildə on illik təhsilini başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun mexanika fakultəsinin axşam şöbəsinə daxil olmuşdur. Ali təhsilli mühəndisdir.
1971-73 illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1978-ci ildən Sov. İKP-nin sıralarına daxil olmuş.
1986-cı ildə Azərbaycan KP Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetini bitirmiş və ali siyasi təhsil almışdır.
1995-ci ildən Azərbaycan Kommunist Partiyasının sıralarına bərpa olunmuşdur.
1997-ci ildən Azərbaycan KP Bakı Nərimanov rayon komitəsinin büro üzvü və II katibi seçilmiş, 1999-cu ildən həmin təşkilatın I katibidir.
2000-ci ildə AKP MİK-in iyun Plenumunda AKP MİK-in ümumi şöbəsinin müdiri, 2001-ci ildə AKP MİK-in mart Plenumunda AKP MİK-in təşkilat şöbəsinin müdiri seçilmişdir.
14 oktyabr 2007-ci ildə AKP-nın XXXVII (IV) qurultayında AKP MİK sədrinin Təşkilatı işlər üzrə müavini seçilmişdir.

Seyidağa Mirheydər oğlu Muradov - 1957 ilin may ayında Cəlilabad rayonunda anadan olmuşdur.
1964-74 illərdə orta məktəbdə oxumuş, 1971-73 illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ali təhsilli iqtisadçı və hüquqşunasdır.
1995-ci ildə Azərbaycan Kommunist Partiyası siralarına qəbul olunmuşdur.
2001-ci ildən Bakı şəhər komitəsinin I katibi seçilmiş, AKP MİK-in sədrinin müavini olmuşdur.
1999-cu ildən SKP-KPSS-in siyasi şurasının üzvüdür.
14 oktyabr 2007-ci ildə AKP-nın XXXVII (IV) qurultayında AKP MİK sədrinin I müavini seçilmişdir.

Hacı Abdulla oğlu Hacıyev - 1956-cı ilin yanvarında Ucar rayonunda anadan olmuşdur.
1963-73-cü illərdə orta məktəbi bitirmiş, 1974-76-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1973-cü ildən əmək fəaliyyətini başlanmışdır. Ali təhsillidir.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakultəsini bitirmişdir. 1978-ci ildə Sov. İKPnin sıralarına daxil olunmuş, 1994-cü ildən Azərbaycan Kommunist Partiyasının sıralarına bərpa olunmuşdur.
1995-ci ildən AKP Bakı şəhər Sabunçu rayon komitəsinin I katibidir.
2006-cı ilin AKP MİK-in noyabr Plenumunda AKP MİK sədrinin komissiyalar üzrə müavini, aparatın rəhbəri seçilmişdir.
14 oktyabr 2007-ci ildə AKP-nın XXXVII (IV) qurultayında AKP MİK sədrinin komissiyalar üzrə müavini, Bakı şəhər rayonların partiya təşkilatları üzrə koordinatoru seçilmişdir.

Elçin Bədrəddin oğlu Rəfiyev – 1963-cü ilin fevral ayında Ağdam rayonunda anadan olmuşdur.
1981-ci ildə orta məktəbi bitirmişdir.
1981-83-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1998-ci ildən AKP sıralarına qəbul olunmuş, AKP Nərimanov rayon komitəsinin büro üzvü, Ümumi şöbənin müdiri seçilmişdir.
2008-ci ilin sentyabr ayında keçirilən AKP MİK-in və AKP Mərkəzi Nəzarət-Təftiş komissiyasının birgə I plenumunda AKP MİK sədrinin ümumi işlər üzrə müavini seçilmişdir.

Redaktor
Admin

İsmarıc sayı : 20
Registration date : 07/12/08

İstifadəçi mə`lumatlarına bax http://kommunist.subject-expert.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.